Ötən həftə evlilik xəbərləri ilə gündəmdə qalmağa nail olan aparıcı Xoşqədəm Hidayətqızı ilə türk ifaçısı Doğuş Bakı küçələrində gəzintiyə çıxıblar.
AZXEBER.COM-un məlumatına görə, cütlüyün yanında Doğuşun Bakıya gələn anası da olub. Onlar gəzintidən sonra “Tonqal” restoranında şam yeməyi yeyiblər.
Cütlük onlarla şəkil çəkdirmək istəyənlərlə birlikdə xatirə şəkilləri çəkdirib.

