Xoşqədəm Hidayətqızı ATV-ni hədələdi: Cavablarını alacaqlar

MAQAZİN
19:16 13.04.2015
9589

“Etibarlı, sağlam mənbə adı ilə saytların emailinə göndərilən yazılar da var”.

Xoşqədəm Hidayətqızı "Azad Azərbaycan" telekanalından ayrılması ilə bağlı açıqlama verib.

AZXEBER.COMlent.az-aistinadlaxəbərverirki, onunadındanəsasızinformasiyalardərcolunub:

“Bu, elə belə məsələ deyil. Sezon başa çatmadan belə bir addım atıldı. Jurnalist həmkarlarıma demək istəyirəm ki, bu prosesi səbrlə gözləsinlər. Etibarlı, sağlam mənbə adı ilə saytların emailinə göndərilən yazılar da var. Mən bütün bunlar barədə xəbərdaram. Çox xahiş edirəm ki, mənim adımdan olmayan informasiyaları yerləşdirməsinlər. Çünki mən özüm hələ ki, bu mövzuda danışmamışam. Bütün məsələlərə keçirdiyim mətbuat konfransında aydınlıq gələcək. Ümid edirəm ki, 5 il öncə yola çıxdığım bir layihənin ətrafında olan söz-söhbətlərin əsas səbəbini biləcəksiniz. Mənə görə bu layihə müqəddəsdir. Bu müqəddəs işə xələl gətirən insanlara layiqli cavab veriləcək”.

Qeyd edək ki, aparıcı X.Hidayətqızı ATV telekanalından ANS telekanalına keçib.

OXŞAR XƏBƏRLƏR