Xoşqədəm məhkəməni uddu — Nazilə üzr istəyib, təzminat ödəməlidir

Xoşqədəm məhkəməni uddu — Nazilə üzr istəyib, təzminat ödəməlidir
SOSİAL
20:36 23.02.2019
4485
Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Bizimyol.info saytına Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev məlumat verib. O qeyd edib ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir. Vəkil qeyd edib ki, onlar məhkəməyə şairə Nazilə Səfərlinin(Cəfərova) bir sıra saytlarda”Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün”, eyni zamanda özünün istifadə etdiyi instaqram sosial şəbəkəsində Xoşqədəm Hidayəqqızının efirdə dediyi fikirləri təhrif edərək "Xoşqədəm dövlətin əleyhinə gedir”, "Xoşqədəmin sözüylə belə çıxır ki, hamının arvadı boşanıb varlı kişi axtarmalıdır”, "Xoşqədəm verilişin adını dəyişib axırıncı yol qoysun” başlıqlı açıqlamaları ilə bağlı müraciət edib. Nəticədə məhkəmədə bu ifadələrin təhqir və böhtan olduğu, ekspertizanın verdiyi rəylə həmin sözlərin təhqir və böhtan xarakterli şərəf və ləyaqətə xələl gətirən ifadələr olduğu məlum olub. Bu əsasla Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyevin çıxardığı qətnamə ilə Xoşqədəm Hidayətqızının xeyrinə qərar verilib. Tahir Əlirzayev bildirib ki, teleaparıcı şairə Nazilənin ödəyəcəyi təzminatı kimsəsiz bir şəxsə bəxş edəcək.

Qeyd edək ki, tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayıtqızının Xəzər TV də yayımlanan "Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
12:16 27.06.2025
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Sabah 37 dərəcə isti olacaq
12:12 27.06.2025
Sabah 37 dərəcə isti olacaq
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs  - VİDEO
11:54 27.06.2025
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs - VİDEO
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
11:47 27.06.2025
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
Öykü Gürman “Gassal”da
11:45 27.06.2025
Öykü Gürman “Gassal”da
Çin və ABŞ arasında razılıq əldə olunub
11:39 27.06.2025
Çin və ABŞ arasında razılıq əldə olunub
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
11:38 27.06.2025
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:36 27.06.2025
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
11:32 27.06.2025
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
11:31 27.06.2025
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
11:28 27.06.2025
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:27 27.06.2025
İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
Marsda yaşayış məkanı aşkarlandı
11:23 27.06.2025
Marsda yaşayış məkanı aşkarlandı