Xoşqədəm "Səni axtarıram”ı yeni məşhur sima ilə aparacaq

MAQAZİN
23:29 27.01.2022
850
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı gələn həftədən etibarən "Səni axtarıram” verilişini həyat yoldaşı, türkiyəli məşhur müğənni Doğuş ilə birlikdə aparacaq.

AZXEBER.COM-un məlumatına görə, bu barədə aparıcının özü verilişdə açıqlama verib. O bildirib ki, gələn həftədən verilişi həyat yoldaşı ilə birlikdə aparacaq:

"Gələn həftədən etibarən Doğuş bəylə birlikdə proqramı aparacağıq. Bilirsiniz ki, Doğuş bəy uşaq evində böyümüş bir insandır. Belə insanların dərdini məndən yaxşı anladığı üçün proqrama tam yaraşacaq. Əslində, digər kanalda işləyəndə bu barədə fikrimiz var idi. Gələn həftədən, ya da beşinci gündən burada olacaq”.

OXŞAR XƏBƏRLƏR