Xoşqədəmdən döyülmə xəbərinə münasibət: '... toyu tez tərk etdim'

MAQAZİN
15:29 18.04.2013
2909
Toyda döyüldüyü iddia edilən “ATV” telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı və prodüseri Fərhad Hadıyev danışıb.Açıqlamasında Xoşqədəm Hidayətqızı xəbəri təkzib edib:“İşim olduğundan toyu tez tərk etdim. Bu yalan xəbəri kim çıxarıb heç bilmirəm.Hamısı şayiədir”.Dava düşdüyü deyilən toyun sahibi, prodüser Fərhad Hadıyev isə məhkəməyə müraciət edəcəyini bildirib:“Xoşqədəm xanımı ailəm tanıyır və sevir. Toyda belə bir ssenari qurmuşduq. Amma dava, döyülmə söhbətləri olmayıb. Bu xəbəri “Səni axtarıram”a ləkə yaxmaq üçün yayıblar. Çünki biz ən reytinqli verilişik. Buna təsir etmək istəyirlər, amma alınmayacaq. Bu xəbəri yayanlar ya sübutla qarşıma çıxsınlar, ya da onları məhkəməyə verəcəm”.

OXŞAR XƏBƏRLƏR