Xoşqədəmin məhkəməsinin vaxtı MƏLUM OLDU

Xoşqədəmin məhkəməsinin vaxtı MƏLUM OLDU
SOSİAL
10:27 24.05.2022
424
Aparıcı Xoşqədəm Hidayətqızının (Baxşəliyeva) məhkəməsinin vaxtı məlum olub.

AZXEBER.COM Unikal-a istinadla xəbər verir ki, məhkəmə prosesi may ayının 26-sı, saat 15:30-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, Xoşqədəm Hidayətqızı Vəkillər Kollegiyasının üzvü Bəhruz Bayramovun müraciəti ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Vəkil Xoşqədəm Hidayətqızını efirdə təhqiqat və ya ibtidai istintaq məlumatlarını yaymaqda ittiham edib
OXŞAR XƏBƏRLƏR