'Xoşum gəlməyən müğənnilərə mükafat verilməsinə icazə vermədim' - İlhamə Quliyeva

ŞOU-BİZNES
13:07 10.06.2013
2218

Ötən gün Heydər Əliyev Sarayında baş tutan “Qrand 2012” mükafatlandırma mərasimində xalq artisti İlhamə Quliyeva maraqlı açıqlama verib. 

Axşam.az-ın məlumatına görə, o, qaliblərə veriləcək mükafatın onun icazəsi ilə təqdim edildiyini deyib:  “Bu gecə adı çəkilən bütün müğənnilərə mənim icazəmlə mükafat verilir. Onların siyahısı quruldu, mənə göstərildi. İstədiyimi saxladım, istəmədiyimin adını isə siyahıdan çıxardım. Xoşuma gələn sənətçilərin adları altından öz imzamı qoydum”.

OXŞAR XƏBƏRLƏR