“XTQ 44 günlük müharibədə ən yüksək peşəkarlıq nümunəsi göstərdi” – Bəhruz Məmmədzadə

“XTQ 44 günlük müharibədə ən yüksək peşəkarlıq nümunəsi göstərdi” – Bəhruz Məmmədzadə
SOSİAL
15:55 30.04.2026
338
30 aprel — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasının 27-ci ildönümüdür. Bu münasibətlə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə QHT.az-a açıqlamasında XTQ-nin keçdiyi inkişaf yolundan, döyüş təcrübəsindən və qazandığı nüfuzdan bəhs edib.

Bəhruz Məmmədzadə bildirib ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 1999-cu ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılıb və həmin dövrdən etibarən fəaliyyətini əsasən gizli şəkildə inkişaf etdirib:

"XTQ yarandığı gündən peşəkarlığını artıraraq xüsusi hazırlıq yolu keçib və tədricən ən yüksək səviyyəyə yüksəlib”.
O qeyd edib ki, xüsusi təyinatlılar ilk ciddi gücünü 2016-cı ilin aprel döyüşlərində qismən nümayiş etdirib, lakin əsas potensialını İkinci Qarabağ müharibəsi zamanı ortaya qoyub:
"44 günlük Vətən müharibəsində yerinə yetirilən döyüş tapşırıqları, göstərilən şücaət və peşəkarlıq həm xalqımızın, həm də Ali Baş Komandanın etimadını ən yüksək səviyyədə doğrultdu”.

Onun sözlərinə görə, xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyatlar müasir döyüş taktikalarının real nümunəsinə çevrilib:
"XTQ yaşayış məntəqələrində mülki əhaliyə zərər vermədən, qanunsuz silahlı birləşmələri zərərsizləşdirməklə ədalətli müharibənin necə aparıldığını nümayiş etdirdi”.

Bəhruz Məmmədzadə vurğulayıb ki, bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin döyüş təcrübəsi beynəlxalq səviyyədə öyrənilir:
"Dünyanın inkişaf etmiş ölkələri XTQ-nin keçdiyi döyüş yolunu araşdırır, bu təcrübəni öz ordularında tətbiq etməyə çalışırlar”.

Müharibədən sonra XTQ həm texniki təchizat, həm də peşəkarlıq baxımından daha da inkişaf edərək ən yüksək səviyyəyə çatıb:
"Bu gün xüsusi təyinatlılar dünyanın aparıcı ordularının xüsusi qüvvələri ilə eyni səviyyədə, hətta bəzi hallarda daha irəlidədir”.

Qazi hərbçi həmçinin qeyd edib ki, xüsusi təyinatlı olmaq yalnız xidmət dövrü ilə məhdudlaşmır:
"Bu bir missiyadır. Hətta xidmətdən ayrıldıqdan sonra belə xüsusi təyinatlı ruhu və məsuliyyəti insanın həyatında davam edir. ‘Sədaqətim, şərəfim’ şüarı bizim əsas həyat prinsipimizdir”.

Sonda Bəhruz Məmmədzadə XTQ-nin bütün şəxsi heyətini, qaziləri və şəhid ailələrini təbrik edərək bildirib:
"Bu şanlı tarix vətənə sədaqətin, qorxmazlığın və sarsılmaz iradənin təntənəsidir. Sizlər Azərbaycanın təhlükəsizliyinin etibarlı sipəri, xalqımızın qürur mənbəyisiniz. Vətən sizə güvənir, xalq sizinlə fəxr edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
14:00 14.09.2026
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
13:56 14.09.2026
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
13:48 14.09.2026
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
13:36 14.09.2026
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
13:12 14.09.2026
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
13:09 14.09.2026
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
13:03 14.09.2026
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
Metroda dəyişiklik olacaq
12:59 14.09.2026
Metroda dəyişiklik olacaq
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
12:36 14.09.2026
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
12:19 14.09.2026
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
12:11 14.09.2026
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
11:46 14.09.2026
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
11:42 14.09.2026
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
11:28 14.09.2026
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
11:22 14.09.2026
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
11:18 14.09.2026
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri