Xuan Quaido koronavirusa yoluxdu

Xuan Quaido koronavirusa yoluxdu
SOSİAL
13:23 28.03.2021
428
Venesuelanın müxalifət lideri Xuan Quaido şənbə günü yeni növ koronavirusa yoluxduğunu açıqlayıb.

O, bu barədə tvitterdə bildirib.

"Tam məsuliyyətlə ölkəyə məlumat vermək istəyirəm ki, dörd gün karantində olduqdan sonra COVID-19 testimin nəticəsi müsbət çıxdı”, - Quaido yazıb.

Qeyd edək ki, cümə axşamı Venesuela hökuməti Quaidoya qarşı koronavirusun yayılmasının qarşısının alınması üçün nəzərdə tutulan dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə cinayət işi başladıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR