Əməkdar artist Xumar Qədimova Yeni ildə ilk nəğməsini təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, müğənninin səsləndirdiyi mahnı "Sarhoş gibiyim” adlanır. Sevilən ifaçının budəfəki seçimi türk folklor musiqisindən olub.
X.Qədimova ilk dəfə mahnını ARB TV-də yayımlanan aparıcı Rövşanə Ağasəfqızının verilişində səsləndirib.
Qədimova uzun illərdir sevilərək dinlənilən "Sarhoş gibiyim”ə yeni nəfəs verib. Müğənni mahnını tamamilə fərqli tərzdə və özünəməxsus şəkildə ifa edib.