19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edir.
AZXEBER.COM portalının AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız turnir çərçivəsində bu gün ilk oyununa çıxır.
Yığmamızın rəqibi İspaniyanın “Barselona” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.