"Ya Azərbaycan vətəndaşlığını qəbul edəcəyik, ya da Ermənistana gedəcəyik" - VİDEO

"Ya Azərbaycan vətəndaşlığını qəbul edəcəyik, ya da Ermənistana gedəcəyik" - VİDEO
SOSİAL
14:31 16.01.2023
240
Rus sülhməramlıların nəzarətində olan Xocavənd rayonunun Yenikənd kəndindən yeni görüntülər ortaya çıxıb.

AZXEBER.COM Xəzər TV-ə istinadən xəbər verir ki, bu ərazilərdə vəziyyət heç də yaxşı deyil.

Azərbaycan ərazilərində yaşayan erməni kənd sakinləri deyir ki, üçtərəfli bəyanat imzalanandan sonra ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da Ermənistana köçmək barədə düşünürdülər. Vardanyan Qarabağa gələndə isə elə bildilər ki, ağ günə çıxacaqlar. Ona ümid edib kənddə qaldılar, nəticəsində isə mağazalarda zəruri ərzaq məhsullarını tapa bilmirlər. Çünki Vardanyan öz şəxsi biznes maraqları üçün çalışdığından bu kəndin sakinləri onun heç yadına da düşmür. 

Kənd sakinləri əlacsız qalaraq erməni mediasına müraciət ediblər və kənddə çəkiliş aparmalarını istəyiblər. Vardanyanın yalan vədlərinin nə qədər çürük olduğunu bütün ictimaiyyətə çatdırmaq istəyiblər. 

Kənddəki yeganə mağazanın satıcısı deyir ki, qida və ya qeyri-qida malları yayda alıb anbarda saxladıqları məhsullardır. Burada onlara Vardanyan tərəfindən kömək ediləcəyi deyilsə də, bir nəticəsi olmayıb. Ona görə də, məcbur qalaraq sakinlərə ərzaqları qramla satır ki, qarlı qışı birtəhər yola verə bilsinlər. 

Sakinlər onu da bildirir ki, bəzi ermənilər Azərbaycan tərəfindən kömək istəməyə cəhd ediblər, amma separatçıların təhdidləri ilə üzləşdiklərindən bundan əl çəkiblər.

Onların Xankəndidəki yalançı dövlət nazirlərindən və əlaltılarından heç bir ümidləri qalmayıb.

Bu görüntülər bir daha onu göstərir ki, Qarabağdakı ermənilərin xilaskarı separatçılar yox, məhz ərazisində yaşadıqları Azərbaycandır.

Ətraflı süjetdə:

 
Ayşən

OXŞAR XƏBƏRLƏR