O, məşhurlaşmağın müxtəlif yollarından istifadə etsə də hər dəfə fiaskoya uğrayır, cəmiyyət onu məsxərəyə qoyur, stula çıxardıb şeir oxudur. Əsərdə onun həyatının bütün qatları əhatə edilir və onun simasında yeri səhv düşmüş adamların faciəsi təsvir olunur. Əsər boyu qəhrəmanın genetik kodları da araşdırılır və onun xarakterinin naqis cəhətlərinin hardan qaynaqlandığını anlatmaq üçün keçmişə qısa ekskurs edilir.
Əsərin qəhrəmanı şair olmasa da onun çevrəsində olan söz adamlarının faciəsi sadə dillə anladılır. Onlar ətrafımızdakı insanlardır, hər birini yaxşı tanıyırsınız.
“Yağ kimi” romanında öz taleyini yaxşıya doğru dəyişmək və ya yenidən yazmaq istəyi son nəticədə illüziyaya çevrilir. Bu tip öz sosial aləminə elə alışıb ki, bu mühitdən qopmaq iqtidarında deyil. Onun istəyinin cığırı heç yerə gedib çıxmayacaq, əksinə zaman burulğanında itib gedəcək.
Kitabı Bakının kitab mağazalarından əldə edə bilərsiniz.