'Yahoo' şirkətində istefa

MARAQLI
12:59 18.01.2012
1216

Şirkətin yaradıcılarından olan Ceri Yanq işdən çıxıb

"Yahoo!" internet-şirkətinin yaradıcılarından olan Ceri Yanq istefa verib. Ceri Yanq şirkətdən getməsinin dəqiq səbəbini açıqlamasa da, özünü başqa işlərə həsr etmək istədiyini deyib. "Yahoo!" şirkətinin rəhbərliyi Ceri Yanqın istefaya getmək qərarını özü verdiyini bildirib. Şirkətin prezidenti Skot Tompson Ceri Yanqı şirkəti innovasiyalarla canlandıran uzaqgörən bir şəxs adlandırıb. Qeyd edək ki, Birləşmiş Ştatların "Yahoo!" şirkəti dünyada məşhurluğuna görə "Google" axtarış sistemindən sonra ən populyar internet-şirkət hesab edilir. "Yahoo!"nun elektron məktub sistemi bu sahədə ilklərdən və ən mükəmməl e-mail sistemlərindən biridir.

OXŞAR XƏBƏRLƏR