Azərbaycanın bu bölgəsinə 21 sm qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanın bu bölgəsinə 21 sm qar yağıb - FAKTİKİ HAVA
SOSİAL
11:48 02.04.2023
264
Aprelin 2-nə olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qar örtüyünün hündürlüyü: Qrızda 21 sm, Şahdağda 20 sm, Lerikdə 15 sm, Qaxda 11 sm, Daşkəsən, Altıağac, Gədəbəydə 9 sm, Şəkidə 8 sm, Göygöl və Ordubadda 5 sm, Şamaxı, Xaltan, Qusarda 4 sm, İsmayıllı və Qobustanda 1 sm təşkil edib.

Müşahidə olunan və gözlənilən hava şəraiti, çaylarda olan vəziyyətlə bağlı daha ətraflı məlumatı meteo.az saytından əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR