Yağıntılı və küləkli hava nə vaxtadək davam edəcək?

Yağıntılı və küləkli hava nə vaxtadək davam edəcək?
SOSİAL
18:38 27.04.2025
642
Ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraitinin nə vaxta kimi davam edəcəyi məlum olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
 
Vurğulanıb ki, şimal-qərb küləyi və yağıntılı hava şəraiti aprel ayının 29-dan etibarən mülayimləşəcək.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
OXŞAR XƏBƏRLƏR