Yağışdan sonra Bakıda niyə problemlər yarandı? - RƏSMİ AÇIQLAMA

Yağışdan sonra Bakıda niyə problemlər yarandı? - RƏSMİ AÇIQLAMA
SOSİAL
21:38 22.10.2024
303
Bildiyiniz kimi bir neçə gündür respublikanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda yağan yağış illik normadan dəfələrlə artıqdır. Bu da tullantı sularının, yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda, borularda problemlər yarada bilir.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əgər bu kollektorlar, borular məlum miqdar üçün nəzərdə tutulubsa, ondan dəfələrlə çox su miqdarı yaranıbsa, bu zaman ərazini su basır.

"Təbii ki, bu belə hal olmamalıdır. Yeri gəlmişkən, belə hal tək bu il deyil baş verir. Hər il payız aylarında şəhərimizin küçələrində suların yığılması halları olub.

Bu hallar Avropanın inkişaf etmiş əksər ölkələrində və şəhərlərində yaşanır və ola bilsin ki, bundan sonra da yaşansın", -deyə qurum rəsmisi bildirib.

Ceyhun Musaoğlu Bakıda yağışdan sonra vəziyyətin niyə bu həddə çatmasını belə izah edib:

"Biz problemin kökünə nəzər saldıqda xeyli səbəblər aşkara çıxara bilərik ki, vəziyyət niyə bu həddə gəlib çıxıb. Vəziyyətin birinci növbədə bu həddə çatmasının ən başlıca səbəbi təbii hadisədir ki, yağışın normadan artıq yağmasıdır.

Digər tərəfdən Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən kollektorlar, borular, su axıntıları ilə bağlı drenaj sistemlər Sovet dövründən qalan, bəziləri istismar müddətini bitirən, quyulardır, borulardır. Təbii ki, bunlar zaman-zaman dəyişdirilir, dəyişdiriləcək və dəyişdirilməlidir.

Digər tərəfdən bildiyiniz kimi yağış suları axıdan drenaj system fərqli fəaliyyət göstərir. Tullantı sularını qəbul edənı, axıdan sistemlrə fərqli fəaliyyət göstərir.

Bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar birləşiblər. Yəni eyni funksiyanı yerinə yetirirlər. Bu da doğru deyil. Bunların da zaman-zaman bir-birindən ayrılması prosesi həyata keçiriləcək.

Bununla yanaşı 15-20 il bundan öncəyə baxsaq, Bakı şəhərində 2 milyon əhali vardı. O zaman bu qədər tikintilər, bu qədər evlər yox idi. Amma bu gün Bakıda 5 milyondan çox əhali var. Tikintilərin də sayı 100 dəfədən çox artıb.

Digər tərəfdən də, fərdi yaşayış evlərinin sayı artıb. BU evlər də harda gəldi inşa olunublar. Obyektlərin çox magistral xətlərin (su, kanalizasiya, kollektor xətlərinin) üzərində inşa olunub".

Qurum rəsmisi problemin tezliklə kökündən həll ediləcəyini bildirib:

"Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi elə ona görə yaradılıb ki, bu neqativ vəziyyətlər aradan qaldırılsın.

Bildiyiniz ki, əvvəllər təkcə "Azərsu" var idi. Bu gün yeni yaradılan agentliyin tərkibində 5 publik şəxs, 1 xidmət fəaliyyət göstərir.

Onlardan biri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətidir. Digəri Regional Su Melorasiya Xidməti publik hüquqi şəxsidir. Bununla da, deməyə əsas verir ki, bu kimi neqativ vəziyyət mütləq aradan qaldırılacaq və qaldırılmalıdır.

Hazırda yağan yağıntılarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Regional Su Melorasiya Xidməti publik hüquqi şəxsi gücləndirilmiş fasiləsiz iş rejimində fəaliyyət göstərir.

Onsuzda bizim İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti elə qurumdur ki, gecəsi-gündüzü yoxdur. Yəni su xətlərində baş verən qəzaların aradan qaldırılmasının saatı olmaz. Gecə-gündüz fərq etmir, günün istənilən saatlarında əməkdaşlarımız əhalinin xidmətindədirlər. Su keşiyini çəkirlər.

İndi bu təbii hadisə ilə əlaqədar qurumun rəhbər şəxslərindən tutmuş bütün əməkdaşları hadisə yerlərindədir. Hər kəs küçələrimizi bu vəziyyətdən qurtarmaq üçün çalışır. Hər kəs də eyni güclə, eyni həvəslə çalışır. Bu hamınızın küçəsidir, hamımızın evidir.

Bundan əvvəl də hər gün küçələrdəki vəziyyətlə, drenaj sistemlərinin təmizlənməsi və s. kimi işlərlə bağlı işlər görülür.

Elə yerlər var ki, məsələn Qobuda, Lökbaranda, qayalardan, təpələrdən su çığırların, axıntı üçün nəzərdə tutulan kanalların üzərində restoranlar, evlər tikilib. Bu zaman su artıqları kanallar vasitəsilə axıb kollektorlara tökülə bilmir.

Bakı şəhərinin Baş Planı 2040-da bu kimi problemlərin həlli nəzərdə tutulub. Yəni şəhər ərazisində yağış, drenaj boru xətləri məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Bu kimi işlərə başlanılıb və davam edir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?