"Görəsən hədsizmi humanistik? Yalnız bizmi kəsilən çörəyə qiymət veririk? Tolerantlıq yalnız bizim üçünmü dəyər daşıyır? Başqa xalqlara hörmət qarşılıqsızmı olmalıdır?"
AZXEBER.COM xəbər verir ki, bunu aparıcı Lalə Azərtaş sosial media hesabında yazıb.
O, Rusiyanın Yekaterinburq şəhərində həmyerlilərimizə olunan hücumdan yazıb:
Biz bunu 1990-cı il 20 yanvar hadisələrində, Xocalı soyqrımında görmüşük. Biz bunu işğalçı Ermənistana himayədarlıqdan bilirik. Yekaterinburq şəhərində azərbaycanlılara qarşı etnik zəmində terror bu siyasətin daha bir təzahürüdür. Unutmayaq ki, Rusiya hələ də bu ölkə ərazisində AZALA məxsus mülki təyyarənin vurulmasına görə üzr istəməyib, məsuliyyətdən yayınmağa çalışır. Yenə atan kazaklardı, daşnakları dəstəkələyən siyasətdi. Bu siyasət bilavasitə və birbaşa Kremldən həyata keçirilir, bu siyasətə prezident Putinin mövqeyi, yanaşması rəvac verir. Raşizm məhz Kremlin ideologiyasıdır. Bu ideologiya ruslara qardaş olan Ukrayna xalqını belə qırğına verir".
Aysel