AZXEBER.COM portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Təbriz satira məktəbinin tanınmış ustadlarından olan Yalqız təxəllüsü ilə tanınan Məcid Səbbaği İrani yanvarın 25-də vəfat edib. Onun yaxın günlərdə dördüncü kitabı çapdan çıxacaqdı.
Ustad Yalqız Təbrizdə torpağa tapşırılıb. Dəfn mərasimində minlərlə insan, o cümlədən hökumət rəsmiləri iştirak edib.
73 yaşında dünyasını dəyişən Yalqızın “Ciğan-Viğan”, “Çığır-Bağır” və “Calha-Cal” adlı kitabları çap ölunub. Dördüncü “Sayır-Bayır” adlandırdığı kitabı isə yaxın günlərdə işıq üzü görəcək. Satirik kitablarını şerində belə vəsf edib:
Vəhşicə dəli könlümdən uçarlar,
Quşları xiyalın olkəsindən.
Uçmaqda "Ciğan-Vığan" salırlar,
Viranə konül xərabəsində
Salmışlar "Çığır-Bağır" qaçırlar
Gizlənməyə ğəm səraçəsində
Ancaq içərimdə "Çalha-Çal" var.
Şair Mirzə Səhrək müsahibəsində bildirib ki, Yalqızın satiraları daim ifşaedici və tənqidi gülüşü özündə ehtiva edib.
“O 73 il omür sürdü, həyatının 27 ilini şer və satiraya həsr etdi. Yalqız özü yazır ki, ömürünü kasıblıq içərisində keçirib. Bir zaman orduda oldum amma, üç dəfə paltarımı soyundum. Sonra, Tehranda çapxanada işlədim, qazancımı gətirib Təbrizdə yedim. Bazarda fərş satdım. Bir az varlanıb ev də aldım. Dedim bu evdə xeyir-şərimi, uşaqlarımın toyunu edərəm. Amma, ilk günlərdə oğlumun yası o evdə oldu. Zəhləm getdi. Satıb qaçdım", - Mirzə Səhrək deyib.