”Yalquzaq” kitabının təqdimatı olacaq.
AZXEBER.COM xəbər verir ki, 4 may saat 18:00-da Qarabağ qazisi, görmə əngəlli yazıçı Zaur Bayramoğlunun "Yalquzaq˝”kitabının təqdimatı və imza günü keçiriləcək.
Qeyd edək ki, Zaur Bayramoğlu 2001-ci ildə hərbi vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində görmə qabiliyyətini və altı barmağını itirib. O, 9 kitabın müəllifidir.
Tədimat "LIBRAFF”ın ˝Park Akademiya˝ filialında (Elmlər Akademiyası m/s-nın əsas girişi ilə üzbəüz) keçiriləcək.