Yamalın atası “Qızıl top” mükafatının nəticələrinə etiraz etdi

Yamalın atası  “Qızıl top” mükafatının nəticələrinə etiraz etdi
İDMAN
11:56 23.09.2025
238
"Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasriu "Qızıl top” mükafatının nəticələrinə etiraz edib.

AZXEBER.COM xəbər verir ki, ötən gecə ilin ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl top”u PSJ-nin oyunçusu Usman Dembele qazanıb. Yamal isə səsvermədə ikinci yeri tutub.

Munir Nasriu "El Chiringuito TV”yə açıqlamasında oğlunun dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib:
"Bu, bir insana vurulan mənəvi zərbədir. Lamin Yamal hazırda dünyanın ən yaxşı oyunçusudur. Mənim oğlum olduğuna görə yox, ən yaxşı olduğuna görə etiraz edirəm. Yamalın rəqibi yoxdur. Seçimlər zamanı qəribəlik olduğu aydındır”.

Qeyd edək ki, 18 yaşlı Yamal ilin ən yaxşı gənc futbolçusu seçilib. O, bu mükafatı ardıcıl ikinci dəfə qazanıb.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR