"Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal zədə səbəbindən Dünya Kubokunun startını buraxacaq.
AZXEBER.COM xəbər verir ki, "The Athletic”in məlumatına görə, Yamal İspaniyanın qrup mərhələsindəki ilk oyununu, 15 iyunda Kabo-Verde ilə qarşılaşmanı buraxacaq.
Laminin ikinci turda Səudiyyə Ərəbistanına qarşı oyunda da meydana çıxacağı şübhə altındadır.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) "Barselona” və Yamalla əlaqə saxladığı və milli komandanın tibb heyətinin üzvlərinin onun vəziyyətini izləmək üçün mütəmadi olaraq klubun obyektlərinə baş çəkdiyi bildirilir











































