Yanacaqdoldurma məntəqəsinə saxta əskinas verib qaçdı

SOSİAL
14:19 20.05.2016
1421
İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birinə saxta əskinas verən şəxs tutulub.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 20-də İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində operator işləyən şəhər sakini Asif Mirzəzadə RPŞ-yə müraciət edərək martın 18-də “VAZ-21015” markalı avtomobilin naməlum sərnişininin saxta 50 manatlıq əskinas verərək 10 manatlıq yanacaq doldurmasını və ona 40 manat pul qaytarmasını bildirib.
İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Asim Süleymanov tutulmuşdur. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun martın 19-da rayon sakini R.Nuriyevə məxsus “VAZ-21011” markalı avtomobili qaçırması da müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR