Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişib

Yanacaqdoldurma obyektlərinin istismarı ilə bağlı şərtlər dəyişib
SOSİAL
09:44 21.05.2025
448
Nazirlər Kabineti 7 noyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edib.
 
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlərlə əvəzlənib və tərkibi aşağıdakı kimi təsdiqlənib (genişləndirilib): 

- lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

- fəaliyyət növü üzrə normativ hüquqi aktların və işlərin aparılması qaydalarını müəyyənləşdirən texniki sənədlərin siyahısı;

- yanacaqdoldurma və qaz təchizatı obyektinin istismara qəbulu aktının surəti;

- yanacaqdoldurma və qaz təchizatı obyektində istifadə olunan partlayışyanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların "Texniki təhlükəsizlik sertifikatı”nın surəti;

- yanacaqdoldurma obyektində (mikro və kiçik sahibkarlıq subyektlərinə məxsus obyektlər istisna olmaqla) elektrik mühərrikli nəqliyyat vasitələri üçün 50 kVt-dan az olmayan nominal gücə malik elektrik enerjisi doldurma məntəqələrinin mövcudluğu;

- fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə "Texniki tənzimləmə haqqında” qanunun tələblərinə uyğun olması barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi;

- ərizəçinin görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizliyinə nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;

- yanacaqdoldurma məntəqəsinin texniki təhlükəsizlik bəyannaməsi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
23:16 11.03.2026
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Könül Həmzəyeva saxlanıldı
23:11 11.03.2026
Könül Həmzəyeva saxlanıldı
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb