"Yanan bina" işi: Məhkəmədə keçmiş məmurun vəziyyəti pisləşdi

"Yanan bina" işi: Məhkəmədə keçmiş məmurun vəziyyəti pisləşdi
SOSİAL
13:08 09.08.2016
1404
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.
Prosesdə təqsirləndirilənlərdən biri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovun vəziyyəti qəflətən pisləşib, təcili tibbi yardım çağırılıb.
Məhkəmədə fasilə elan olunub.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır