Yanan binaya görə həbs edilən səfir oğlu ilə bağlı - AÇIQLAMA

KRİMİNAL
15:47 21.08.2015
2671

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlunun həbs olunması barədə mənə heç bir məlumat daxil olmayıb.” AZXEBER.COM xəbər verir ki, bunu anspress-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəis müavini Ehsan Zahidov bildirib. Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Anar Həsənovun Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməsi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edildiyi, dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edərək həmin vaxtdan ölkəyə qayıtmadığı da qeyd edilirdi. Adı çəkilən Anar Həsənov “GLOBAL” Şirkətlər Qrupunun həbsdə olan rəhbəri Miryusif Mahmudov kürəkənidir. Anar Həsənovun yaxınlarıda açıqlamasında onun istintaqa cəlb olunması ilə bağlı xəbəbrləri cəfəngiyat adlandırıblar.

OXŞAR XƏBƏRLƏR