"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan danışdı

MARAQLI
14:22 12.02.2025
255
Xəbər verdyimiz kimi, Zaqatalada 3 il əvvəl itkün düşən hindistanlı turist Manikant Kondavetinin qalıqları dağda tapılıb.

AZXEBER.COM xəbər verir ki, Lent.az dağda turistin qalıqlarını aşkar edən Zaqatala sakinindən hadisənin təfərrüatlarını öyrənib.

"Birdən qarşıma "vetnamka" çıxdı. Düşündüm ki, "vetnamka" bura hardan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burda nəsə var..."

Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı maraqlı mənzərəni belə danışıb:

"Biz 4 nəfər idik. Dağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma "vetnamka" çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var".

Ruslan Əliyev deyir ki, onun əynindəki paltarlar çürümüşdü:

"Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan "vetnamkalar" və kəməri idi".

Turistin qalıqlarını tapan Ruslan daha maraqlı bir faktı açıqlayıb:

"Sümüklər fındıq ağacının altında idi. Biraz aralıda balaca tonqal gördük. Yəni tonqalın qalıqlarını. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi".

Ruslan Əliyev deyir ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri mümkündür:

"Həmin dərə çox çətin reylefdə yerləşir. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və köməkli şəkildə çətinliklə oradan çıxa bildik".

Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdığı mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər.

Hadisə yerinə gedən polis əməkdaşları qalıqları götürüb aidiyyəti üzrə təhvil verib.

Bizim versiyamız...

Şahidin danışdıqlarından belə məlum olur ki, hindistanlı turist azaraq və yaxud bilərək həmin dərəyə düşüb. Lakin sonra dərədən çıxa bilməyib. Ola da bilər ki, turist dərəyə düşəndə yaralanıb. Ərazidə aşkarlanan ocaq qalıqları da onu deməyə əsas verir ki, turist dərəyə düşəndən sonra bir müddət orada qalıb. Lakin bütün bunlar bizim ehtimallarımızdır. Bağlı qalan bütün suallara istintaq cavab tapacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"