"Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub" - Nazir müavini

"Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub" - Nazir müavini
SOSİAL
16:30 28.04.2018
11256
"Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın barədə məlumat saat 12:10 Fövqəladə Hallar Nazirliyinin "Qaynar xəttinə" daxil olub". 

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevdeyib. 

Onun sözlərinə görə, yanğın 3 saatdan artıq davam edib: "Yanğın tam söndürülüb. Yanğının söndürülməsinə 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb edilib. Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub. Hazırda şəhrdə tıxacdı. İri texnikaların yanğın yerinə yaxşınlaşmasına çətinlik törədirdi. Yanğının səbəbi araşdırılır".

Nazir müavini qeyd edib ki, yanğın əsasən binanın 18-ci mərtəbısindən yuxarıda baş verib. Hadisə zamanı xəsarət alan olmayıb: "Bəzi saytlarda bir nəfərin özünü arması barədə məlumatlar verib. Bu tam əsassızdır.

Yanğınsöndürənlər arasında zəhərlənən olmayıb".
OXŞAR XƏBƏRLƏR