Yanukoviçin şəhərkənarı iqamətgahı nəzarətə götürüldü

DÜNYA
00:10 09.12.2013
1099

Məhkəmənin aksiya keçirməyə qadağa qoyduğu küçədə də milis əməkdaşları var

Ukrayna milisi prezident Viktor Yanukoviçin şəhərkənarındakı iqamətgahını mühafizəyə başlayıb.

Vışqorodski rayonundakı Novıe Petrovtsi kəndindəki "Mejiqorie" iqamətgahının mühafizəyə götürülməsi barədə məlumatı əyalət milis idarəsinin mətbuat katibi Nikolay Jukovski verib. "İqamətgahda, ona gedən yollarda qorunur. Məhkəmənin aksiya keçirməyə qadağa qoyduğu küçədə də milis əməkdaşları var". Ukrayna müxalifəti bu gün Yanukoviçin 48 saat ərzində baş naziri Nikolay Azarovun rəhbərliyi ilə hökuməti istefaya göndərməyəcəyi təqdirdə onun iqamətgahını müahsirəyə alacaqlarını elan ediblər. Daha öncə məhkəmə "Mejinqoriya" iqamətgahında aksiyaların keçirilməsini qadağan etmişdi.(anspress)

OXŞAR XƏBƏRLƏR