Yanukoviçin villası belə boşaldıldı - VİDEO

Yanukoviçin villası belə boşaldıldı -  VİDEO
DÜNYA
13:52 23.02.2014
1612
Ukraynanın səlahiyyətləri əlindən alınmış prezidenti Viktor Yanukoviçin iqamətgahı boşaldılır. Internetdə bunu əsk etdirən video yayılıb. Videoda Yanukoviçin malikanəsindən içi əşyalarla dolu yükmaşınlarının çıxdığı əks olunub.Həmçinin video görüntülərdə villanın ətrafında hellikopterlərində də dövrə vurduğu məlum olub.Qeyd edək ki, Ukraynanın “Regionlar partiyası”nı dəstəkləyən cənub-şərq hissəsinin deputatları dünən Xarkovda qurultay keçirib. Qurultay Ali Radanın yeni spikeri seçilməsi, növbədənkənar prezident seçkilərinin tarixini təyini və Yuliya Timoşenkonun azad edilməsi fonunda keçirilib. Öz növbəsində, dövlət başçısı Viktor Yanukoviç televiziya efirində Ukraynada baş verən hadisələri dövlət çevrilişi adlandırıb və bildirib ki, o, Ukraynanı tərk etməyi planlaşdırır. (asnpress)
OXŞAR XƏBƏRLƏR