Yanvarda pensiyalar niyə qalxmadı? - Deputat artım tarixini verdi

İQTİSADİYYAT
10:26 01.02.2023
875
Yanvar ayının bitməsinə baxmayaraq, pensiyalar həm indeksləşdirilməyib, həm də artırılmayıb. Bu hal vətəndaşlar arasında çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir:

"Belə ki, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqıdakı artıma indeksasiya olunur. Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir. Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır. Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edəcək və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. O baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir. Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. 2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar".
 
Aydın

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?