Yanvarın 10-da ilin ən yaxşı filmləri açıqlanacaq

MƏDƏNİYYƏT
14:50 07.01.2013
1418
Avstraliyalı rejissor Mixael Xanekin müəllifi olduğu “Sevgi” dramı ABŞ kinotənqidçiləri cəmiyyəti tərfindən ötən ilin ən yaxşı filmi hesab olunub. İTAR-TASS-ın yazdığına görə, “Sevgi” dramı musiqi dərsi verən iki qocanın son günlərindən bəhs edir.Hadisələr Parisdə kiçik bir evdə baş verir. Baş qəhrəmanın həyat yoldaşı insult keçirir və sürətlə solmağa başlayır. Əri isə hər cəhdlə onun ağrısını azaltmağa çalışır.Filmdə baş rolları məşhur fransız aktyorları Jan Lui Trentinyan və Emanuel Riva çəkiliblər. Ötən il “Sevgi” 65-ci Kann Kinofestivalında “Qızıl palma yarpağı” mükafatını alıb. Riva ABŞ kinotənqidçilərinin cəmiyyəti tərəfindən ilin ən yaxşı aktrisası seçilib. Xanake isə ən yaxşı rejissor adı üzrə qalib olub.Daniel Dey-Leuis Amerikalı rejissor Stiven Spilberqin çəkdiyi bioqrafik film olan "Lincoln" filmində oynadığı roluna görə ən yaxşı aktyor adını qazanıb.İkinci planda ən yaxşı kişi rolunun ifaçısı “Super Mayk” filminə görə Metyu Makkonaxi və qadın roluna görə isə “The Master” filminə Emi Adams layiq görülüb. Ən yaxşı senari müəllifi isə “Linkoln” filminin senari müəllifi Toni Kuşner olub.Qeyd edək ki, ABŞ kinotənqidçilərinin cəmiyyəti 1966-cı ildə yaradılıb və kino sahəsində ölkənin 60 ekspertini birləşdirir. Adı çəkilən filmlər Amerika Kinoakademiyası "Oskar"a ən yaxşı namizədlər hesab olunur."Oskar" mükafatına namizədlərin adları yanvar 10-da və 85-ci qızıl heykəlciklərin təqdimatı mərasimi isə fevral 24-də elan olunacaq. Əksər kinotənqidçiləri və ekspertlər isə ilin ən yaxşı filmi kimi Üsəma bin Ladenin həyatından bəhs edən “Bir nömrəli hədəf” filminini qəbul edirlər.

OXŞAR XƏBƏRLƏR