Yanvarın 8-dən Çinə giriş üçün PCR test tələbi ləğv edilir

Yanvarın 8-dən Çinə giriş üçün PCR test tələbi ləğv edilir
DÜNYA
19:20 28.12.2022
226
Çin gələn ilin yanvarın 8-dən etibarən bütün xaricdən gələnlər üçün ölkə ərazisinə giriş zamanı COVİD-19-la bağlı PCR test tələbini ləğv edir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Çin Xalq Respublikası Baş Gömrük İdarəsi bu barədə məlumat yayıb.

Çin həmçinin yanvarın 8-dən etibarən soyudulmuş və dondurulmuş halda idxal olunan məhsulların da koronavirusa görə yoxlanmasını ləğv edir.
OXŞAR XƏBƏRLƏR