YAP 13 yaşlı uşağın qətlə yetirilməsini pisləyən bəyanat yaydı

YAP 13 yaşlı uşağın qətlə yetirilməsini pisləyən bəyanat yaydı
10:45 16.07.2011
1612
Bəyanatda erməni vəhşiliyinin növbəti qurbanı olmuş 13 yaşlı Aygün Şahmalıyevanın faciəli ölümünün bütün Azərbaycan xalqını dərindən hiddətləndirdiyi və qəzəbləndirdiyi vurğulanıb: “Ermənilərin məqsədli şəkildə, məhz azyaşlı uşaqları hədəf seçən çirkin əməlləri onların uzun illərdən bəri xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsidir. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqların getdiyi bir vaxtda ermənilərin ardıcıl olaraq atəşkəsi pozmaları və xüsusilə də mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirmələri əslində onların qeyri-səmimiliyindən və sülhün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa yönələn niyyətlərindən xəbər verir. 

Bu ilin mart ayında 9 yaşlı Fariz Bədəlovun erməni snayperindən açılan atəş nəticəsində qətlə yetirilməsi və digər bu kimi onlarla terror əməli Ermənistanda dövlət siyasəti səviyyəsinə yüksəlmiş irqçi düşüncə tərzinin törətdiyi fəsadlardır. Erməniliyin iç üzü məhz belə faktlar zamanı bariz şəkildə ortaya çıxır. Yeni Azərbaycan Partiyası erməni tərəfin bu cür qanlı, insanlıq anlayışı ilə bir araya sığmayan əməllərini qətiyyətlə pisləyir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünü və uşaq qatillərini dayandırmaq üçün daha qətiyyətli hərəkət etməyə çağırır”.

Qeyd edək ki, iyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.
Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
16:57 14.08.2025
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
16:55 14.08.2025
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
16:12 14.08.2025
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
16:06 14.08.2025
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
16:04 14.08.2025
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
Metroda doğulan körpə və anası evə buraxıldı
16:04 14.08.2025
Metroda doğulan körpə və anası evə buraxıldı
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
16:04 14.08.2025
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
15:45 14.08.2025
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
15:44 14.08.2025
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
Lənkəranda azyaşlını maşın vurub
15:34 14.08.2025
Lənkəranda azyaşlını maşın vurub
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
15:17 14.08.2025
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
15:12 14.08.2025
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
15:09 14.08.2025
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
15:03 14.08.2025
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
15:01 14.08.2025
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”
14:58 14.08.2025
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”