YAP özünə yaxın olan jurnalistləri mükafatlandırdı

YAP özünə yaxın olan jurnalistləri mükafatlandırdı
MARAQLI
10:49 18.07.2011
2016

Mükafatlandırma mərasimində çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov ilk olaraq bütün mətbuat nümayəndələrini 22 iyul-Mətbuat günü münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, mətbuat Azərbaycan cəmiyyətinə dərindən daxil olub və ciddi təsir mexanizminə malikdir. O bildirib ki, bəzən cəmiyyət və mətbuat arasında müəyyən mübahisələr yaransa da ümumilikdə bu, cəmiyyət və mətbuatın inkişafına təkan verir: “Bəzən insanlar mətbuatla bağlı tənqidi fikirlər səsləndirirlər, kritik hallar baş verir. Lakin bunun özü inkişafın göstəricisidir və ictimai münasibətlərin inkişafına təkan verir”.

YAP-ın sədr müavininin sözlərinə görə, Azərbaycan mətbuatı üzərinə böyük bir missiya götürüb və onu layiqincə yerinə yetirməyə çalışır. Onun sözlərinə görə, ölkə mətbuatı bu gün bir sıra problemləri obyektiv şəkildə təhlil etmək qabiliyyətinə malikdir: “Azərbaycanda bu gün bütün fəaliyyət sferalarında sürətli inkişaf gedir. Bu inkişafdan Azərbaycan mətbuatı da geri qalmır. Azərbaycan 10 il bundan əvvəlki Azərbaycandan dəfələrlə fərqlənir. Fərqlənən tək Azərbaycan deyil, hər bir vətəndaşın həyatıdır, həyata baxışlarıdır. Azərbaycan vətəndaşlarının həyata baxışlarında dinamik şəkildə inkişaf gedir. Bütün bunlar Azərbaycan reallıqlarıdır. Bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət sayəsində formalaşıb. Bu isə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin düzgünlüyündən, bunun Azərbaycan xalqının maraqlarına uyğun həyata keçirilməsindən xəbər verir”. O həmçinin qeyd edib ki, bu, tək YAP-ın mövqeyi deyil, Azərbaycanın ictimai həyatını əhatə edən reallıqdır.

“Ölkə siyasətinin qarşısında duran əsas məsələ modernləşməkdir. Modernləşmə təkcə özündə iqtisadi yüksəlişi ehtiva etmir. Bu, insan tələbatının daha əhatəli şəkildə ödənilməsidir. Azərbaycan Respublikası Prezidentinin də həyata keçiridiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşının həyatı onun üçün maraqlı olsun. Bütün bu inkişaf hər bir Azərbaycan vətəndaşının gözü qarşısında cərəyan edir. Vətəndaşlardan fərqli olaraq mətbuatın inkişafa baxışları fərqlidir. Onlar baş verən hadisələri daha dərindən bilir, daha diqqətlə yanaşırlar”,- deyən YAP-ın icra katibi qeyd edib ki, inkişaf, dəyişiklik həyatın bütün sferalarında zəruri olduğu kimi mətbuatda da zəruridir: “Biz də siyasi partiya olaraq mətbuatın üzərinə götürdüyü missiyaya önəm veririk, onlarla yaxşı münasibətlər qurmağa çalışırıq. Çünki biz həyata keçirdiyimiz layihələri, fəaliyyətimizi ən yaxşı halda mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırırıq. Mətbuat bizim ən yaxın köməkçimizdir”.

Daha sonra YAP-ın fəaliyyətinə toxunan Əli Əhmədov bildirib ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatlarından biridir. Onun sözlərinə görə, partiya ətrafında toplaşan insanların sayı yarım milyondan artıqdır. O bildirib ki, partiyaya daxil olan üzvlərin sayı hər il 25-30 min civarındadır ki, bu da illərə görə dəyişir: “Sevindirici hal odur ki, YAP-ın sırasına gənclər də çox həvəslə qatılırlar. Partiyamızın 40%-dən çoxunu gənclər təşkil edir. Onlar partiya həyatında yüksək fəallıq nümayiş etdirirlər”.

YAP-ın həmçinin geniş beynəlxalq əlaqələr də qurduğunu deyən sədr müavini qeyd edib ki, partiya Avropa İttifaqına daxil olan ölkələrin partiyaları ilə sıx əlaqələr qurub. Onun sözlərinə görə, partiya Asiya Siyasi Partiyaların Beynəlxalq Konfransının idarə heyətinin üzvüdür: “Eyni zamanda biz ikitərəfli münasibətləri də inkişaf etdiririk. Bizim dünyanın bir sıra partiyaları ilə, istər hakimiyyətdə olan, istərsə də olmayan partiyalarla əlaqələrimiz inkişaf edir. YAP nümayəndələri ayı-ayrı ölkələrə səfər edir, eyni zamanda ayrı-ayrı ölkələrin partiya nümayəndələri Azərbaycana səfər edirlər. YAP həyat ritminə uyğun fəaliyyət göstərən, Azərbaycanda ictimai-siyasi proseslərin gedişinə təsir edən bir qurumdur”.

Sonda Əli Əhmədov tədbir iştirakçılarının simasında bir daha mətbuat nümayəndələrini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda media nümayəndələri YAP tərəfindən mükafatlandırılıblar. Xatırladaq ki, “Səs” İnformasiya Agentliyinin əməkdaşı Məlahət Mahmudqızı və “Səs” qəzetinin əməkdaşı Mətləb Salahov da mükafatlandırılanlar sırasındadır.

/// SİA

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
10:59 18.10.2026
Bakıda gəlinini döyən qayınanaya cinayət işi açıldı
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb