YAP-çı deputat: “İsa Qəmbər özünü biabır elədi...”

YAP-çı deputat: “İsa Qəmbər özünü biabır elədi...”
MAQAZİN
14:17 06.06.2012
2620
“Müsavatın parçalanması labüddür”“Müsavat Partiyası nüfuzunu itirərək tezliklə parçalanacaq”. Bunu hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Müsavat Partiyasının xaricdə keçirmək istədiyi qurultayla bağlı son durumu şərh edərkən bildirib. Deputat qeyd edib ki, “Eurovision” yarışması ərəfəsində Müsavat funksionerlərinin qurultay haqda səsləndirdiyi fikirlər şou xarakterli idi. A.Mirzəzadə qurultayla bağlı yaranan ajiotajda partiya başqanı İsa Qəmbəri günahlandırıb: “Son günlər baş verənlər ilk növbədə, Müsavat Partiyası daxilində olan çaşqınlıqla bağlıdır. Müsavat partiya kimi deyil, konfederasiya kimi fəaliyyət göstərir, partiya qruplara bölünür. Bu qruplar öz aralarında razılığa gələ bilmirlər. İsa Qəmbərin qeyri-müəyyənliyi partiya daxili münaqişələri daha da kəskinləşdirir. Əslində, bu, indiki halda İsa Qəmbərin xeyrinə olan məsələdir. O, nizamnaməyə əsasən partiya rəhbərliyindən gedəcəyini bildirsə də, məsələnin uzanmasında maraqlıdır”.Qurultayla bağlı məsələyə münasibət bildirən YAP-çı deputat Müsavat Partiyasının tezlikə parçalanacağını vurğulayıb. “Müşahidələr göstərir ki, Müsavat Partiyasında hansısa kompromisə gəlmək mümkün olmayacaq. Bu gedişlə partiyanı mütləq parçalanma gözləyir. Amma iş bundadır ki, nizamnaməni dəyişərək İsa Qəmbərin yenidən başqan qalacağı təqdirdə də parçalanma labüddür. Partiyanın uzun müddət radikal mövqedə olması, bir çox tanınmış simalarını itirməsi Müsavatın nüfuzdan düşməsinə, onun əvvəlki liderliyini əldən verməsinə səbəb oldu. Özünü aparıcı müxalifət partiyası elan edən Müsavat Partiyasının gücü getdikcə zəifləməkdədir. Bu fonda digər müxalifət partiyaları daha da güclənirlər”, – deyə A. Mirzəzadə əlavə edib.

Qeyd edək ki, Müsavat Partiyası qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərdən imtina edərək VII qurultayın Gürcüstan, yaxud Türkiyədə keçiriləcəyini bəyan edib. Lakin partiya səviyyəsində bu istiqamətdə hələ də real addım atılmayıb. /// modern.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt məktəbliləri olimpiadalarda 89 medal qazanıb
11:53 13.06.2025
Paytaxt məktəbliləri olimpiadalarda 89 medal qazanıb
XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət etdi
11:50 13.06.2025
XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət etdi
Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək
11:47 13.06.2025
Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
11:44 13.06.2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
İsrail səfərbərlik elan etdi
11:40 13.06.2025
İsrail səfərbərlik elan etdi
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
11:39 13.06.2025
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi
11:38 13.06.2025
Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi
AccessBank-dan mikro və aqro sahibkarlara yay fürsəti – kredit faizlərinə 3%-dək ENDİRİM!
11:36 13.06.2025
AccessBank-dan mikro və aqro sahibkarlara yay fürsəti – kredit faizlərinə 3%-dək ENDİRİM!
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara MÜRACİƏT ETDİ
11:20 13.06.2025
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara MÜRACİƏT ETDİ
Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edib - ANBAAN VİDEO
11:19 13.06.2025
Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edib - ANBAAN VİDEO
İordaniya öz hava məkanında bir neçə raket və PUA-nı vurub
11:12 13.06.2025
İordaniya öz hava məkanında bir neçə raket və PUA-nı vurub
Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi
11:07 13.06.2025
Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
10:58 13.06.2025
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
10:39 13.06.2025
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib
10:22 13.06.2025
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib
Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib
10:10 13.06.2025
Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib