YAP da mitinqlərə start verir

SİYASƏT
16:15 20.09.2013
1487

Yeni Azərbaycan Partiyası prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində öz namizədinin müdafiəsi ilə bağlı kütləvi aksiyaların-mitinqlərin keçirilməsinə artıq start verib.

Bunu Gün.Az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müaviniMübariz Qurbanlıdilə gətirib.YAP rəsmisinin dediyinə görə, əvvəla, partiyanın yerli rayon-şəhər təşkilatları əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq, seçicilərlə görüşlər keçirirlər.M.Qurbanlı bildirib ki, rayon-şəhər təşkilatları öz qərargahlarında, eyni zamanda, yerli icra hakimiyyəti orqanları tərəfindən ayrılmış yerlərdə insanlarla bir araya gəlir, onları hakim partiyanın namizədi İlham Əliyevin seçki platformasının tezisləri ilə tanış edirlər:“Bu gündən artıq yerlərdə kütləvi aksiyaların keçirilməsinə də start veriləcək. Bir azdan Ağstafada, Qaxda, sabah isə Qazaxda, Oğuzda müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılmış yerlərdə namizədimizin dəstəklənməsi ilə bağlı mitinqlər keçiriləcək və inanaram ki, bu mitinqlər də öz əzəmətliliyi, möhtəşəmliyi ilə seçiləcək”.Onun bildirdiyinə görə, bununla yanaşı, Bakı şəhərində də YAP-ın prezidentliyə namizədinin təbliğat və təşviqatı ilə bağlı silsilə tədbirlər həyata keçirilir:“Hər gün demək olar ki, bu yöndə 200-yə yaxın müxtəlif xarakterli görüşlər keçirilir. Eyni zamanda, yaxın günlərdə hər bir ailəyə namizədimizin seçki bukletləri paylanılacaq. Bundan əlavə, partiyamızın Gənclər Birliyi də demək olar ki, hər gün müxtəlif maraqlı aksiyalar, təbdirlər keçirirlər.Onlar namizədimizin təbliğat və təşviqatında xüsusi fəallıq göstərirlər. Bir sözlə, bunu altını cızaraq, qırmızı xətlə deyirəm ki, YAP öz namizədinin təbliğat və təşviqatını Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirir və keçirəcək”.

OXŞAR XƏBƏRLƏR