YAP Gəncə şəhər təşkilatının sədri səsvermədə iştirak etdi - FOTO

YAP Gəncə şəhər təşkilatının sədri səsvermədə iştirak etdi - FOTO
SOSİAL
12:29 23.12.2019
480

Dekabrın 23-də ölkə ərazisində olduğu kimi, Gəncə şəhərində də bələdiyyə seçkiləri ilə bağlı səsvermə yüksək əhval-ruhiyyə ilə davam edir.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev səs vermək üçün 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsi üzrə 15 saylı seçki məntəqəsinə gəlib, bələdiyyə üzvlüyünə namizədlər arasından Gəncənin inkişafında, daha da gözəlləşməsində pay sahibi olacaq ən layiqli namizədlərə səs verib.

Qeyd edək ki, Naqif Həmzəyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

OXŞAR XƏBƏRLƏR