Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirən Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır və sıraları genişlənir.
Bu sözlər Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına hazırlıq çərçivəsində YAP Gəncə Tibb Kolleci ərazi ilk partiya təşkilatında keçirilən görüşdə səsləndirilib.
Kollecin direktoru Əməkdar Həkim Mehman Rzayev memarı Ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, ümummilli liderin misilsiz xidmətlərindən, dövlətimizin tarixi inkişafından, müstəqil Azərbaycanın qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası qısa müddət ərzində dünyanın ən nüfuzlu siyasətçilərindən və dövlət rəhbərlərindən sayılan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasət ilə daha da güclənib.
YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Tural Verdiyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, dövlətçiliyimizdə tutduğu mühüm mövqedən danışıb, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının qədim Nizami yurdunda layiqincə yerinə yetirildiyini xüsusi ilə vurğuluyub.
YAP Gəncə Tibb Kolleci ərazi ilk partiya təşkilatının sədri Kifayət Fəttahi. partiya fəallarının şəhərin ictimai- siyasi həyatında yaxından iştirak etdiklərindən, ərazi ilk partiya təşkilatının həyata keçirildiyi silsilə tədbirlərdən danışıb.Sonda ərazi ilk partiya təşkilatının Gənclər Birliyi, Qadınlar Şurası, İdarə Heyətlərinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib.