YAP Gənclər Birliyi «Universal gənclik» layihəsi həyata keçirir

YAP Gənclər Birliyi «Universal gənclik» layihəsi həyata keçirir
GƏNCLİK
12:30 04.06.2012
1447
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi yeni layihələrin icrasına başlayıb. Bunlardan biri də «Universal gənclik» layihəsidir. 
Layihənin əsas məqsədi YAP Gənclər Birliyində daha aktiv fəaliyyət göstərən gənclər üçün müxtəlif istiqamətlərdə mühazirələr təşkil etməkdən ibarətdir. Mühazirələr ölkəmizin nüfuzlu elm xadimləri tərəfindən təqdim olunur. 
Layihə çərçivəsində ötən şənbə günü YAP Gənclər Birliyinin ofisində BDU-nun «Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Kamil Səlimov «Dağlıq Qarabağ və erməni terrorizmi» mövzusunda mühazirə oxuyub. 
Müzarədən sonra dinləyicilərin sualları cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR