YAP-ın 22-ci ildönümü Gəncədə də qeyd edildi

YAP-ın 22-ci ildönümü Gəncədə də qeyd edildi
SİYASƏT
14:37 22.11.2014
1250

Yeni Azərbaycan Partiyasının 22-ci ildönümü şəhərimizdə təntənə ilə qeyd edildi.

Gəncə Şəhər İcra Hakimiyyəti ilə YAP Gəncə şəhər Təşkilatının birgə təşkil etdikləri təntənəli yubiley tədbirini giriş sözü ilə təşkilatın sədri Naqif Həmzəyev açaraq ötən dövr ərzində partiyanın qazandığı uğurlardan, eləcə də müstəqil Azərbaycan dövlətinin dünya birliyi ölkələri arasında qazandığı nüfuzdan söhbət açdı. Qeyd etdi ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa vaxt ərzində ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrildi. Bu gün qürur hissi ilə demək olar ki, artıq bu partiya xalqın partiyası titulunu qazanmışdır ki, bu da insanların Azərbaycanın bugünkü reallığına və Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətinin ifadəsidir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və başqaları çıxış edərək dövlət müstəqilliyimizin möhkəmləndirilmə­sin­də, onun iqtisadi və siyasi qüdrətinin artırılmasında Yeni Azərbaycan Partiyasının göstərdiyi əvəzolunmaz xidmətlərdən danışdılar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının bir qrup fəalına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu, partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb