YAP-ın Gəncədən olan 4 namizədinin seçicilərlə görüşləri davam edir - FOTO

YAP-ın Gəncədən olan 4 namizədinin seçicilərlə görüşləri davam edir - FOTO
Seçki2024
19:18 03.02.2020
1818

Hazırda partiyamız mühüm bir siyasi hadisələr ərəfəsindədir. 9 fevral parlament seçkilərinə sayılı günlər qalır. Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyası "Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedir. Seçdiyi şüardan da partiyanın məqsəd və məramı aydın görsənir. Əvvəlki seçkilərdə "Davamlı inkişaf, yüksək rifah”, "Yeni hədəflərə doğru” "Xalq üçün” şüarları da partiyanın fəaliyyətinin əsasında dövlətə, xalqa xidmətin dayandığını təsdiqləyib.

Bu sözlər Yeni Azərbaycan Partiyası tərəfindən Gəncənin 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə namizədlikləri irəli sürülmüş Naqif Həmzəyevin, Pərvin Kərimzadənin, Musa Quliyevin və Müşfiq Cəfərovun seçicilərlə görüşündə səsləndirilib.

Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin sədri, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev 28 illik zəngin və şərəfli inkişaf yol keçən Yeni Azərbaycan Partiyasının bu gün nəinki Azərbaycanda, eyni zamanda, regionun ən güclü və nüfuzlu qüvvəsinə çevrildiyini bildirib və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.

YAP-ın 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədi Musa Quliyev ümumxalq partiyasına çevrilən hakim partiyanın möhtəşəm nailiyyətlər əldə etməsindən, monolit və avanqard siyasi qüvvə kimi Azərbaycanın dinamik inkişafına dəyərli töhfələrini verməsindən, milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb.

Növbədənkənar parlament seçkilərinin ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı olacağını qeyd edən 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə vurğulayıb ki, ölkəmizin uğurlu inkişafı, tərəqqisi bir daha onu göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.

39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərov xalqa, Vətənə, dövlətçiliyə xidmət edən partiyanın ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana mühüm töhfələr verdiyini diqqətə çatdırıb.


Akif Süleymanov, Sahib Əmiraslanov və digər çıxış edənlər seçkilərə böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyasının xalqın dəstəyinə, seçicilərin etimadına güvəndiyini qeyd ediblər. Partiyanın bugünkü uğurları bir neçə gündən sonra növbədənkənar parlament seçkilərində də qələbə qazanacağını əminliklə söyləyən natiqlər fevralın 9-da seçki məntəqələrinə gedərək daha güclü Azərbaycan naminə ən layiqli namizədlərə səs verəcəklərinin bildiriblər.

Görüşün sonunda YAP-ın namizədləri seçicilərin təkliflərini dinləyib, onları maraqlandıran suallara ətraflı cavab veriblər

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik