YAP-ın seçkilərdəki şüarı: İlhamla irəli

YAP-ın seçkilərdəki şüarı:  İlhamla irəli
SİYASƏT
18:45 16.09.2013
2565
YAP hələ xeyli əvvəldən öz mövqeyini bildirmişdi ki, seçkilər prosesinə kifayət qədər ciddi şəkildə hazırlaşıb.

Bu baxımdan, artıq bu gündən start verilən təbliğat-təşviqat kampaniyasını da qarşıdakı günlər ərzində yüksək fəallıq şəraitində həyata keçirəcəyik.AZXEBER.COM xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiaysının (YAP) sədr müavini və icra katibi, prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov sözügedən partiyanın qərargahında keçirilən mətbuat konfransı zamanı dilə gətirib.Ə.Əhmədov bildirib ki, YAP-ın hər zaman istinad etdiyi resurs Azərbaycan seçiciləırinin İlham Əliyevə dərin inamı və etimadıdır.YAP rəsmisinin sözlərinə görə, bu inam və etimad da İlham Əliyevin on illik prezidentliyi dövründə həyata keçirilən işlərə və onların nəticəsində əldə edilən uğurlara dayanır.YAP-ın icra katibi qeyd edib ki, ötən on il ərzində Azərbaycanın bütövlükdə siması dəyişib, yeniləşib, ölkənin və insanların həyatında çox böyük müsbət dəyişikliklər baş verib:“Bunları isə Azərbaycan xalqı, Azərbaycan seçiciləri görür və dəstəkləyirlər”.Ə.Əhmədovun qeyd etdiyinə görə, təbliğat-təşviqat kampaniyasında 600 minə yaxın YAP üzvü ilə yanaşı, hakim partiyanın üzvü olmayan, lakin ölkə prezidentinin siyasətini fəal şəkildə dəstəkləyən fədakar insanlar da iştirak edəcəklər:“YAP-ın bütün strtukturları, yerli təşkilatları seçkilərin, o cümlədən, təbliğat-təşviqat kampanıyasının həyata keçirilməsinə səfərbər ediliblər.Özünüzün də gördüyünüz kimi, səhər saartlarından etibatən, gənclərimiz prezidentliyə namizədlər üçün ayrılmış yerlərdə namizədimizin plakatlarının yerləşdirilməsi ilə məşğul olurlar.Onlar bu işi böyük fədakarlıq və əzmlə həyata keçirirlər. Eyni zamanda, təşviqat qruplarımız da yerlərdə görüşlərə insanlarla qarşılıqlı müzakirələrə, söhbətlərə başlayıblar.Bir sözlə, Azərbaycan cəmiyyətində çox böyük və yüksək seçki əhval-ruhiyyyəsi var”.Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürən şəxslərdən 10-nun qeydə alındığını nəzərə çatdıran YAP rəsmisi hakim partiya olaraq, namizədlərin hər birinə hörmətlə yanaşıldığını vurğulayıb:“Biz bütün namizədlərə hörmətlə yanaşırıq. Ancaq həmin namizədlərlə İlham Əliyev arasında YAP-ın namizədinin xeyrinə böyük fərqin olduğunu da qeyd etməyi vacib bilirik.Digər namizədlərlə müqayisədə cənab İlham Əliyevin həlledici üstünlüyünü qeyd etməmək mümkün deyil”.YAP rəsmisi hər bir seçkidə olduğu kimi, builki seçkilərdə də yeni seçki texnologiyalarından istifadəyə üstünlük verildiyini bəyan edib:“Biz builki seçkilərdə də yeni seçki texnologiyalarından, sosial şəbəkələrdən yararlanmağı nəzərdə tuturuq.Bu məqsədlə hakim partiyanın saytında İlham Əliyevin namizədliyi ilə bağlı ayrıca bölmənin açılmasını da nəzərdə tutmuşuq və demək olar ki, bu bölmə də artıq fəaliyyət göstərir.Biz bura seçki xəbərlərini yerləşdirməyi nəzərdə tuturuq. Həmçinin “İlham Əliyevi dəstəkləyirik” adlı videoçarxların həmin saytda yerləşdirilməsini də hədəfləyirik”.Ə.Əhmədov hakim partiyanın və onun namizədinin 2008-ci il seçkilərində olduğu kmi, 2013- cü il seçkilərində də eyni şüarla - “İlhamla irəli” şüarı ilə gediləcəyini bildirib:“Bu on il ərzində İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əzəmətli inkişafa nail olub.Düzdür, bu dövr ərzində müəyyənləşdirilmiş kurs ümummilli lider Heydər Əliyev siyasətinə istinad edir. Ancaq etiraf etməliyik ki, bu on il ərzində Azərbaycanda çox böyük dəyişikliklər baş verib, Azərbaycvan tamamilə yeniləşib.Ona görə biz builki seçkilərdə yeni seçki şüarından isitifadəni məqbul saymadıq. “Yola davam” fəlsəfəsinin məntiqinə uyğun olaraq, builki seçkilərdə də “İlhamla irəli” şüarından istifadəni daha məqbul saydıq”.Ə.Əhmədov daha sonra İ.Əliyevin seçkilərin təbliğat-təşviqat kampaniyasında iştirakına, o cümlədən, əlli vəkilin müəyyənləşdirilməsinə ehtiyac olmadığını da jurnalistlərin diqqətinə çatdırıb.O deyib ki, on il ərzidə İ.Əliyevin bölgələrə təxminən 300-ə yaxın səfəri olub:“Hər il demək olar ki, bölgələrə 30-a yaxın səfər həyata keçirilir. Düzdür, İlham Əliyev bu səfərlərə seçkilərlə və qalib gəlməklə bağlı getmir. O bu səfərlərdə daha çox insanlarla bir arada olmağı üstün sayır və bunu seçkilər prosesinə hesablamayıb.Bununla belə, bu səfərlərdə Azərbaycan seçicisinə, Azərbaycan insanına hansı mesajların çatdırılması lazımdırsa, onlar da hamısı çatdırılır.Ona görə də onun özünün təbliğat kampaniyasında iştirakına, eləcə də ayrıca olaraq əlli vəkilinin müəyyənləşdirilməsinə ehtuiyac duynmadıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb