06 may 2021-ci il tarixdə YAP Yevlax rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Breyn-Rinq” intellektual oyunu keçirilib. Yarışda Yeni Azərbaycan Partiyası şəhər və rayon təşkilatlarının 8 komandası ( Naftalan, Gəncə, Goranboy, Bərdə, Mingəçevir, Tərtər, Ağdam və Yevlax) iştirak ediblər.
YAP Naftalan şəhər təşkilatının komandası əvvəlcə YAP Mingəçevir şəhər təşkilatının komandasına, yarımfinalda YAP Tərtər rayon təşkilatının komandasına, finalda isə YAP Goranboy rayon təşkilatının komandasına qalib gələrək yarışın qalibi olublar.
Qalib komanda kubok, fəxri fərman və pul mükafatı ilə təltif olunublar.