YAP parlamentin buraxılması iddiasına cavab verdi

GƏNCLİK
16:24 01.10.2012
1651

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Gülər Əhmədova ilə bağlı videoqalmaqaldan sonra müxalifətin parlamentin buraxılması ilə bağlı tələbinə münasibət bildirib. O, deyib ki, İctimai Palatanın bu tələbi mənasızdır.

“Belə çağırışlara heç ehtiyac yoxdur. Müxalifət sadəcə bu məsələlərdən yararlanmağa çalışır”Siyavuş Novruzov daha sonra məlum videoda Gülər Əhmədovanın prezidentin göndərdiyi siyahıya dəyişiklik etməsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. YAP rəsmisi bəyan edib ki, partiya tərəfindən seçkilərdə irəli sürülən namizədlər haqda prezidentə məlumat verilir.

“Prezident eyni zamanda Yeni Azərbaycan Partiyasının sədridir. Seçkilərdə YAP tərəfindən irəli sürülən bütün namizədlər ilk olaraq İdarə Heyətinin qərarı ilə təsdiq olunub. Yalnız bundan sonra namizədlərlə bağlı müəyyən məsələ müzakirə olunur. Prezidentə də partiya sədri olaraq İdarə Heyətinin namizədlər və onlar haqda məlumatlar verilir”, – deyə S.Novruzov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR