YAP Qənirə Paşayevanın dairəsindən bu deputatı namizəd kimi irəli sürdü
SOSİAL
15:55 17.07.2024
272
Yeni Azərbaycan Partiyası (YAP) mərhum deputat Qənirə Paşayevanın təmsil etdiyi 106 saylı Tovuz seçki dairəsindən Nizami Səfərovun namizədliyini irəli sürüb.
Bu barədə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Nizami Səfərov hazırda 102 saylı Samux-Şəmkir seçki dairəsini təmsil edir.
Qənirə Paşayeva 28 sentyabr 2023-cü ildə vəfat edib. /// modern.az