YAP: “Radikal müxalifət seçki prosesinin pozulmasına yönəlmiş təxribatları davam etdirir”

YAP: “Radikal müxalifət seçki prosesinin pozulmasına yönəlmiş təxribatları davam etdirir”
SİYASƏT
18:00 09.10.2013
1477

Milli Şurada təmsil olunan radikal siyasi partiyaların nümayəndələri, eləcə də prezidentliyə namizəd Cəmil Həsənlinin müşahidəçiləri ölkə üzrə seçki prosesinin pozulmasına yönəlmiş təxribatları davam etdirməkdədir.

AZXEBER.COM hakim partiyanın rəsmi saytına istinadən xəbər verir ki, YAP-ın müşahidəçilərinin məlumatına görə, 90 saylı Ağdaş seçki dairəsinin 29 saylı məntəqəsində (Yenicə kəndi) özünü Milli Şuranın nümayəndəsi kimi təqdim edən “Azərbaycan Press” qəzetinin müxbiri Kərimov Yusif Abduləli oğlu komissiya üzvlərini təhqir edib, səsvermə prosesinə mane olmağa çalışıb. Nəticədə, məntəqədə normal səsvermə prosesini bərpa etmək üçün polis əməkdaşı dəvət edilib.125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Xəzər rayon ərazisində yerləşən məntəqəsində “Milli yol” qəzetinin müxbiri Cəbrayılov Anar səsvermə prosesinin pozulmasına yönəlmiş hərəkətlər edib.Prezidentliyə namizəd Cəmil Həsənlinin müşahidəçisi olan Cəbrayılov Anar əxlaqa sığmayan davranışının qarşısını almaq üçün məntəqəyə polis əməkdaşı dəvət edilib.Milli Şuranın 117 saylı Oğuz – Qəbələ seçki dairəsinin 10 saylı məntəqəsində məşvərətli səs hüquqlu nümayəndəsi Davudov Anar Vagif oğlu və 30 saylı məntəqəsində müşahidəçisi Mikayılova Həqiqət Vahid qızı komissiya üzvlərini və müşahidəçiləri təhqir edib, səsverməyə gələn seçicilərə təzyiq göstərib. Onların təxribatçı hərəkətləri barədə akt tərtib olunub.AXCP-nın Şəki şəhər təşkilatının sədri Abdullayev Əli və tərəfkeşi Hüseynov Həsən 113 saylı Şəki şəhər seçki dairəsinin 9 və 16 saylı məntəqələrində təbliğat işi aparmış, səsverməyə gələn seçicilərə təzyiq göstərərək onları Cəmil Həsənliyə səs verməyə çağırıb. Onların bu qanunazidd hərəkəti komissiya üzvləri tərəfindən aktlaşdırılıb.Müsavat Partiyasının Zərdab rayon təşkilatının sədri Zülfiyev İbrahim Zülfü oğlu 92 saylı Zərdab – Ucar seçki dairəsinin 3 saylı seçki məntəqəsində kobud qanun pozuntusuna yol verərək, seçiciləri Cəmil Həsənliyə səs verməyə çağırıb. O, komissiya üzvlərini təhqir etməkdən çəkinməyib.Prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Müsavat Partiyasının Aparat rəhbəri Arif Hacılının qardaşı Mustafa Hacılı 31 saylı Suraxanı seçki dairəsinin 15 saylı seçki məntəqəsində komissiya üzvlərini, müşahidəçiləri və seçiciləri “axşam görərsiniz nə edəcəyik” sözləri ilə hədələyib.Radikal müxalifətin təxminən 40 nəfər gənc nümayəndəsi 10 saylı Binəqədi seçki dairəsinin 16 saylı seçki məntəqəsinə gələrək qeydiyyatda olmadıqları halda komissiya üzvlərindən onlara bülleten verilməsini tələb ediblər. Onlar nümayişkaranə şəkildə Cəmil Həsənlinin tərəfdarları olduqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb