YAP: Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq

YAP: Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq
SİYASƏT
15:45 05.03.2021
372
"Yeni Azərbaycan Partiyası sədrinin müavinlərinin seçilməsi məsələsinə bu gün keçirilən qurultayda formalaşan yeni İdarə Heyətinin iclasında baxılacaq”.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report”a partiyanın İdarə Heyətinin üzvü Azər Badamov məlumat verib.

O bildirib ki, yaxın günlərdə İdarə Heyətinin yeni tərkibdə iclası keçiriləcək:

"İclasda partiya sədrinin müavinlərinin seçilməsi və təşkilati məsələlərə baxılacaq”.

Qeyd edək ki, bu gün keçirilən VII qurultayda əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.
OXŞAR XƏBƏRLƏR