YAP siyasi tarixin axarını dəyişdi

YAP siyasi tarixin axarını dəyişdi
KÖŞƏ
19:25 20.11.2014
2505

Cavid SÜLEYMANOV

Bu gün cəmiyyətin sosial həyatını siyasi insititut olmadan təsəvvür etmək mümkün deyil. Ancaq, bu insititutun sağlam dayaqlar üzərində formalaşması üçün zəruri olan sosiumun milli enerjisinin realist formada inkişafı, siyasi nəzəriyyəyə əsaslanan və siyasi elitanı formalaşması istiqamətində məqsədyönlü fəaliyyət göstərən subyektlər olmadan mümkün ola bilməz.

Xüsusi ilə qeyd edilməlidir ki, cəmiyyəti siyasi fəaliyyətə sövq etməklə beş pilləli “Maslou piramidası”nın özünü ifadə mətrəbəsinə çatdırmaq və ideoloji dəyərlər ətrafında sistematik formada səfərbər edilməsi üçün, rasional siyasi məqsədi olan bir siyasi partiyanın mövcudluğu zəruridir. İdeoloji dəyərlər əsasında formalaşmış və təmsil etdiyi xalqın mənafeyinin ifadəçisi rolunda çıxış edən, sosiallaşmış və fundamental dayanıqlı siyasi partiya, cəmiyyətdə siyasi mədəniyyət formalaşdırmaqla yanaşı, eyni zamanda , modernləşmiş siyasi elita yaradır.

Azərbaycanın yaxın siyasi tarixinə, müstəqilliyimizin ilk illərinə nəzər yetirdikdə görə bilərik ki, ictimai-siyasi münasibətlərin inkişafı üçün leğitim şəraitin olmamasından baş verən ardıcıl siyasi uğursuzluqlar cəmiyyətdə kataklizmlər yaratdı. Cəmiyyətin siyasi təsisatlara olan inamının zəif olması, dövlət idaəetməsində ciddi siyasi iradənin ifadə edilməməsi və məqsədyönlü siyasi strategiyanın mövcud olmaması ölkə daxilində xaosun yaranmasını qaçılmaz edən başlıca səbəblərdən idi. Ölkə ziyalıları mövcud vəziyyəti aradan qaldırmaq üçün tək çıxış yolunu xalqın maraqları ilə formalaşan ciddi siyasi qurumun yaradılmasında və yaradılan siyasi qurumun dövlət idarəetməsində təmsil olunmasında görürdü. Bu instutlaşmanın yaradılması üçün başlıca zəruri amil- siyasi məharəti və təcrübəsi olan liderin və onun ideyalarının ətrafında səfərbər olmaq idi. Və bununlada siyasi tariximizin axarını dəyişən , öz strategiyasını milli maraqlarımız əsasında bərqərar edən Yeni Azərbaycan Partiyası yaradıldı.

İdeoloji dəyərlərlə siyasi fəaliyyətini davam etdirən, dövlət-bələdiyyə idarəetməsində böyük təcrübəsi olan Yeni Azərbaycan Partiyası , siyasi arenada qazandığı davamlı uğurların səbəbi partiyanın xüsusi düşünülmüş, uzunmüddətli dövr üçün hesablanmış siyasi kursunun olmasıdır.Bugün,Yeni Azərbaycan Partiyası demokratik siyasi partiya modelinin nümunəsidir. Partiyanın 22 illik fəaliyyətinə nəzər saldıqda , cəmiyyətin siyasi təsisatlara olan inamının yaranmasının şahidi ola bilərik . Radikalizm meyillərinin mövcud olmaması , praqmatik və çoxşaxəli siyasi fəaliyyətin üstün tutulması partiyanın işini daha da effektiv edir.

21 noyabr- Cənubi Qafqazın ən ciddi siyasi qurumu olan, Ulu Öndərimiz Heydər Əliyevin sözü ilə desək “Dünənin, bugünün və gələcəyin partiyası “ olan Yeni Azərbaycan Partiyasının yaradılmasının il dönümüdür. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Cənab Prezident İlham Əliyev tərəfindən ciddi siyasi iradə ilə davam etdirilən bu siyasi kursun, məqsədyönlü və xüsusi düşünülmüş olması dövlət idarəetməsində öz əksini tapır.

OXŞAR XƏBƏRLƏR