AZXEBER.COM xəbər verir ki, tədbirdə YAP Yasamal rayon Təşkilatının Gənclər Birliyinə üzv olan gənclər, tələbə gənclər təşkilatları, ali məktəblərin həmkarlar təşkilatları və gənclər birlikləri iştirak ediblər.
Tədbirdə çıxş edən YAP Yasamal rayon GB-nin sədri Bəxtiyar Nəbiyev bildirib ki, tədbiri keçirməkdə məqsəd gəncləri bu aksiyaya cəlb etməkdir: "Aksiyaya qoşulmaqla bağlı təşəbbüs YAP GB-tərəfindən irəli sürülüb və biz də Yasamal rayon Təşkilatının Gənclər Birliyi olaraq bu addıma qoşulmağa qərar vermişik. Hər kəs imkanı daxilinda aksiyaya öz töhfəsini verməlidir.
Aksiya könüllü şəkildə həyata keçirilir. İstənilən gənc aksiyaya qoşula bilər". B. Nəbiyev həmçinin vurğulayıb ki, təşkilatın 26 min üzvü var ki, onun da 45 faizini gənclər təşkil edir: "Düşünürəm ki, Yasamal gəncləri vətənini, dövlətini, ölkə başçısının siyasətini dəstəkləyən gənclər olduğundan hər kəs bu aksiyada iştirak edəcək".
Tədbirin davamında aksiya ilə bağlı fikirlərini bildirən gənclər bu addımı müsbət qarşılayıblar. Onlar Silahlı Qüvvələri Yardım Fondunun maliyyə aksiyasında iştirak edəcəklərini vurğulayıblar. Sonda gənclər hər kəsi bu aksiyada iştirak etməyə çağırıblar. Tədbirdən sonra gənclər aksiya ilə bağlə flaşmob təşkil ediblər.